• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının müavini 2 uşaq atasını xəstəxanalıq edib? - Azərbaycanda

İcra başçısının müavini 2 uşaq atasını xəstəxanalıq edib? - Azərbaycanda
29.07.2014 10:50
Binəqədi icra başçısının müavinin 2 uşaq atasını xəstəxanalıq etdiyi iddia edilirÖtən gün Bakının Nəsimi rayonu ərazisində məmurun dostu ilə birləşərək 44 yaşlı kişini döydüyü iddia edilir. Bu barədə döyülən şəxsin qardaşı Səməd Museybov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, 44 yaşlı qardaşı Rövşən Museybov axşam saatlarında Heydər Əliyev adına Respublika sarayının yaxınlığında iki nəfərin hücumuna məruz qalıb. Onlardan biri İcra Hakimiyyətinin əməkdaşı Emin Əhmədlidir.Səməd Museybovun sözlərinə görə, qardaşı hazırda Travmotologiya İnstitutundadır.Məsələni araşdırmaq üçün Rövşən Museybovun özü ilə əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə axşam saat 23:00-da “Qış bulvarı”nda çay içən zaman baş verib. Emin Əhmədli və onun yanında olan tanımadığı biri ilə görüşüb. Görüş zamanı Eminlə aralarında anlaşılmazlığı aydınlaşdırmaq istəyib.Problem mənzillə bağlı olub. Belə ki, Rövşən Museybovun bankların birinə 37 min manat borcu olub. O, krediti verə bilmədiyi üçün onun Ayna Sultanovada mənzili müsadirə edib. Rövşən Museybovun ailəsilə birlikdə mənzildən çıxarılmasına isə Binəqədi rayonunun əməkdaşı Emin Əhmədli nəzarət edib.Rövşən Museybov deyir ki, əslində evinin qiyməti 100 min manatdır. Lakin Emin haqsızlıq edib, ona evini sataraq borcunu qaytarmağa imkan verməyib.“Biz görüşən zaman mən ona dedim ki, adam kişi olar. Məni 2 övladımla birlikdə çölə atdın. O isə burada adam çoxdur, kənara çəkilib danışmağı təklif etdi. Tinə çəkilən zaman Emin başladı mənə şillə-təpik vurmağa. Yanındakı dostu də ona köməyə gəldi. Birləşib mən möhkəm döydülər”.Hazırda xəstəxanada müalicə aldığını deyən Rövşən Museybov məsələnin Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşları tərəfindən araşdırıldığını də əlavə edib.Polis bölməsində bildirdilər ki, bu barədə şikayət daxil olub. "Məsələ araşdırılır. Bundan artıq məlumat verməyə ixtiyarımız yoxdur".Emin Əhmədli isə ANS PRESS-ə verdiyi məlumata görə, deyilənləri yalan adlandırıb. Məmurun sözlərinə görə, Rövşən Museybov ona şər atır.“Mən dünən onunla heç bir yerdə görüşməmişəm. Rövşən Museybov məni şərləyir. Bununla bağlı heç başqa heç bir açıqlama vermək istəmirəm”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol