Koronavirusdan ölən şəxs necə dəfn olunmalıdır? - RƏY

"Virusdan dünyasını dəyişən şəxsin yuyulması mümkünsüz olsa, meyit torpaqla təyəmmüm edilir. Əgər heç bir təhlükə yoxdursa, mütləq şəkildə yuyulmalıdır. Bunu da artıq mütəxəssislər müəyyən etməlidirlər”.
Bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirusdan ölən şəxslərin dəfn mərasiminin keçirilməsi prosesinə aydınlıq gətirərkən deyib.
QMİ rəsmisi bildirib ki, virusdan ölən şəxsin harada dəfn olunması mütəxəssislərin rəyindən sonra dəqiqləşir:
Hacı Şahin Həsənli vurğulayıb ki, hər hansı bir virusun başqalarına yoluxma təhlükəsi varsa, dəfn mərasimində məhdud sayda insanlar iştirak etməlidirlər:
"Yas mərasimləri kütləvi şəkildə keçirilməyə də bilər. Qafqaz Müsəlmanları İdarəsi də koronavirus təhlükəsinə görə yas mərasimlərində kütləviliyin məhdudlaşdırılmasını tövsiyə edib”.
Müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla "Report”a açıqlamasında bildirib ki, koronavirusa yoluxaraq ölən şəxsin dəfni adi qaydada həyata keçirilə bilər:
Qeyd edək ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadın koronavirusdan dünyasını dəyişib. Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.
Ümumiyyətlə, Azərbaycanda koronavirusa yoluxma halı təsdiqlənən şəxslərdən biri ölüb, üç nəfər isə sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 135 846-a çatıb. Bunların 70 427 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























