• $
  • €
  • ₽
  • ₺
  • £

O, Orxan Zeynalovun 17 illik həbsinə haqq qazandırdı

O, Orxan Zeynalovun 17 illik həbsinə haqq qazandırdı
29.07.2014 10:40
Rusiyada yaşayan diaspor lideri, Putinin ən yaxın tərəfdaşlarından hesab olunan Söyün Sadıqov bu gün Moskva şəhər federal məhkəməsi tərəfindən Orxan Zeynalova verilən 17 illik həbs cəzasını Moderator.az-a şəh edib:
“Başqa insana qarşı cinayət törətmək hər şeydən öncə günahdır. Xüsusən də insanı həyatdan məhrum etmək bağışlanmaz günahdır. Hansı ki, həmin öldürülənin anası, atası, qardaş-bacısı, xalası-bibisi, əmisi-dayısı, rəfiqəsi və ya arvadı olanda bu çox ağır sarsıntılara səbəb olur. Birini həyatdan məhrum edəndə əvvəlcə bunun hansı ağır nəticələrə səbəb ola biləcəyini düşünməlisən ki, səni nə qanun, nə öldürülənlərin yaxınları bağışlamayacaq. Ona görə də Orxana verilən cəzaya görə Azərbaycanda antiRusiya ovqatının yaranmasını anlaya bilmirəm və bunu səhv addım hesab edirəm. Dövlətlərarası münasibətləri cinayətkara verilən qiymətlə ölçmək və sınağa çəkmək olmaz. Gəlin razılaşaq ki, Rusiya və Azərbaycan, ruslarla azərbaycanlılar arasında bu qədər yaxşı münasibətlər olduğu halda onu bir cinayətkara görə korlamaq doğru olmazdı.
Orxanın lazımi vəkillə təmin edilməməsi üzündən bu qədər ağır cəza alması iddiasına gəlincə məndə olan informasiyaya görə ilk gündən Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Orxana bir yox, iki vəkil tutublar. ÜAK-ın icraçı direktoru İlqar Hacıyev pis vəkil deyil. Orxana prokurorun bu qədər ağır cəza istəməsi və hakimin də ona bu qədər ağır həbs cəzası verməsi məncə vəkillərin pis olmasıyla deyil, həmin qətlin Rusiya cəmiyyətində yaratdığı rezonansla bağlıdır. Xatırlayırsınızsa həmin qətldən sonra hadisə baş verən rayonda necə iğtişaşlar baş qaldırdı və millətçilər bundan istifadə edib “Pokrovski” bazasında, digər rayonlarda hansı hadisələri törətdilər. Bu da əhalinin ayağa qalxmasına səbəb oldu. Ona görə də əgər prokuror və hakim Orxana orta və ya aşağı müddətli cəza versəydi Ukrayna hadisələrindən sonra ölkədə onsuz da millətlərarası münasibətlərdə yaranmış gərgin vəziyyətə əlavə təhlükə yarada bilərdi. Bütün bu faktorlar Orxana verilən cəzada həlledici rol oynadı.
Hesab edirəm ki, azərbaycanlılar və ruslar, Azərbaycan və Rusiya xalqları bu günədək bir-birinə hörmət etdiyi kimi bundan sonra da münasibətləri qoruyub saxlayacaq və ən əsası bu cinayət ikitərəfli münasibətləri korlamayacaq.” 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol