• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB Ağ Ciyər Xəstəlikləri İnstitutunda "pnevmaniya" diaqnozu ilə ölənlərin sayı gizlədir? - AÇIQLAMA

TƏBİB Ağ Ciyər Xəstəlikləri İnstitutunda "pnevmaniya" diaqnozu ilə ölənlərin sayı gizlədir? - AÇIQLAMA
29.05.2020 07:52
Son günlər sosial şəbəkələrdə Ağ ciyər Xəstəlikləri İnstitutunda ağciyərlərin kəskin iltihablanması diaqnozu ilə ölüm hallarının artdığına dair informasiyalar yayılır. Elə mətbuatda da bu cür informasiyalarla rastaşmaq olar. Yazılanların əksəriyyətində ölüm halları koronavirusla əlaqələndirilir. Nazirlər Kabineti yanında operativ qərərgah isə insanları əsasən rəsmi məlumatlara istinad etməyə çağırır.

Tibb eləmləri doktoru, professor Adil Qeybulla isə bildirir ki, əlaqədar qurumlar özləri maraqlı olmalıdırlar ki, insanlar məlumatlı olsunlar, əgər ölüm halları çoxalıbsa və koronavirusla əlaqəli deyilsə, bunu hər kəs bilsin.

Onun sözlərinə görə, rəsmi qurumlar ajiotaj yaranmasın deyə, belə informasiyaları gizlətməkdə maraqlıdırlar.

"Bilrsiniz, ölüm hallarının olması normaldır, kəskin ağ ciyər iltihablanması baş verdikdə, ölüm halları olur. Ancaq insanların aydınlanması üçün rəsmi qurumlar dərhal məlumat verməli, statistika açıqlamalı, rəqəmlər deyilməlidir. Bu, əsas işlərdən biridir. Görünür, ajiotaj yaranmasın deyə, rəqəmlər açıqlanmır, gizli saxlanılır. Bu halda da, daha çox insan narahat olur”, - deyə Tibb eləmləri doktoru, professor Adil Qeybulla bildirib.

Biz də Anews.az olaraq TƏBİB-ə sorğu ilə müraciət etdik. Əsas sualımız isə ondan ibarət idi ki, 2019-cu ilin və 2020-ci ilin ilk 2 ayında Ağciyər Xəstəlikləri İnsitutunda baş verən ölüm saylarını açıqlasınlar. Bu statistika ilə müəyyənləşdirmək olacaqdı ki, bu insitutda da əvvəllər xeyli ölüm halları olub, yoxsa ancaq bu il? Məsələnin ictimai əhəməyyətini və ictimai narahatlıqdan doğan təcililiyini nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiyasının və İnformasiya Əldəetmə haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini əsas götürüb, sorğuya 24 saat ərzində cavab verilməsini xahiş etsək də, 24 saat ərzində cavab ala bilmədik.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, bu təcili informasiyalar kateqoriyasına aid olmadığı üçün və araşdırma tələb etdiyi üçün, sorğuya 24 saat ərzində cavab verməkdən imtina edirlər. Ancaq nütün hallarda TƏBİB-in rəsmi məlumatını da dərc etməyə hazırıq.
Həzi
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol