• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı Körpü” buraxılış məntəqəsindəki son vəziyyət açıqlandı

“Qırmızı Körpü” buraxılış məntəqəsindəki son vəziyyət açıqlandı
14.03.2020 19:24
Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə qarşılıqlı razılığına əsasən, martın 14 saat 00:00-dan etibarən 10 günlük müddətə iki ölkə arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıldıqdan sonra sərhəddə son vəziyyət açıqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı Körpü” buraxılış məntəqəsi bu gündən 10 gün müddətinə bağlanılıb.

Məlumata görə, müvafiq qərar Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən qəbul edilib. Qərardan vətəndaşların böyük əksəriyyəti xəbərsiz olduğu üçün buraxılış məntəqəsindən geri qayıdanlar çox olub.

Tranzit dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar. Hər iki ölkə ərazisində olan beynəlxalq yükdaşıma ilə məşğul olan iritutumlu yük avtomobilləri də fərdi qaydada yoxlanışdan keçdikdən sonra növbə ilə ölkələrin ərazisinə buraxılır. Lakin Azərbaycan ərazisinə keçən TIR-lar da 10 gün müddətində ölkə ərazisində saxlanılacaq.

Qeyd edək ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu məntəqədə vəziyyəti nəzarətdə saxlayır. Mövcud vəziyyət martın 25-dək davam edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol