• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin sağlamlığı hər zaman Prezidentin diqqət mərkəzindədir - Naqif Həmzəyev

Əhalinin sağlamlığı hər zaman Prezidentin diqqət mərkəzindədir - Naqif Həmzəyev
16.03.2020 10:34
Dünyada tüğyan edən koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman ən vacib, prioritet məsələlərdən olub.
 
Bunu aşıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, məhz bunun üçün də koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarların verilməsi çox düzgün və vaxtında atılmış addımlardandır. 
 
Ölkəmizdə koronavirus epidemiyasının yayılması ehtimalı o qədər də yüksək olmasa da, məsələ dövlətin,ölkə rəhbərinin diqqət mərkəzindədir. Xəstəliyin yayılmaması ilə bağlı ölkə ərazisində analoji mövqe nümayiş etdirilir, koronavirusla mübarizədə lazımi tədbirlərin daha sürətli görülməsi üçün bəlli miqdarda vəsait ayrılıb.
 
Naqif Həmzəyev onu da vurğulayıb ki, xoş gündə olduğu kimi ən çətin anlarda ölkə vətəndaşlarının, xalqın yanında olan Prezident İlham Əliyev belə bir vəziyyətdə də Azərbaycanın bölgələrinə - Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarına səfər edib, əhali ilə səx təmasda oldu. Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışı zamanı ölkə Başçısı Azərbaycanda koronovirus epidemiyası ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirdi. Bu bir daha göstərdi ki, ölkə vətəndaşlarının dərdi-səri, problemləri, əhalinin sağlamlığının etibarlı qorunması Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir.
 
Koronavirus təhdidi və ondan müdafiə tədbirləri ilə bağlı dövlət Başçısının vaxtında verdiyi qərarın icrası ölkədə epidemioloji vəziyyətin gərginləşməsinin, xəstəliyin insanlar arasında yayılmasının qarşısıını almağa yönəldilməsinə baxmayaraq, dövlət Başçısı hər kəs diqqətli olmağa çağırıb.
 
Dövlət tərəfindən tətbiq olunan qaydalar onların təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlar olduğunu bilməli, qaydalara məsuliyyətlə yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdırlar. Dünyanı təşvişə salan koronavirusla bağlı məlumatlardan təşvişə düşmək deyil, təlaş keçirmədən özümüzün, ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığı üçün bu bəlanın, bu təhlükənin yayılmasına, daha dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməli, Nazirlər Kabineti yaradılmış Operativ Qərargahın tövsiyələrinə, məsələhətlərinə, qərarlarına əməl etməli, tabe olmalıdır. 
 
"Belə bir vaxtda Kütləvi İnformasiya Vasitələrinin, sosial şəbəkə istifadəçilərinin, blogerlərin üzərinə böyük məsuliyyət düşür. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşları maarifləndirməli, narahatlığa səbəb olacaq məlumatlar, şaiyələr yaymaqdan çəkinməlidirlər”- Naqif Həmzəyev qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol