• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Mübariz Mənsimova dəstəyini belə ifadə etdi - MÜRACİƏT

Xalq artisti Mübariz Mənsimova dəstəyini belə ifadə etdi - MÜRACİƏT
16.03.2020 11:43
Azərbaycanın Xalq artisti, "Şöhrət” ordenli görkəmli sənətkar Afaq Bəşirqızı Türkiyədə yaşayan azərbaycanı iş adamı, "Palmali Group” şirkətinin rəhbəri Mübariz Mənsimovla bağlı müraciət yayıb.

Anews.az xəbər verir ki, Afaq Bəşirqızı Azərbaycan xalqına və ziyalılara müraciətində Mübariz Mənsimovun doğma Vətəni və xalqının nümayəndələri üçün gördüyü işləri, xeyirxah əməlləri yada salıb.

Afaq Bəşirqızının müraciətini təqdim edirik:

"Gözəl insan, vətənpərvər, xalqını sevən, əsl azərbaycanlı, Mübariz Qurban oğlu Mənsimovun həbsini eşidəndə həddindən ziyadə pis oldum. Ardınca isə Mübarizin yeməkdən və sudan imtina etdiyini eşidəndə böyük həyəcan keçirdim. Belə qərara gəldim ki, ilk olaraq Mübarizə müraciət edim.
Əziz qardaşım, möhkəm ol! Səni sevənlər çoxdur. Quru palçıq divara yapışmaz. Sənə atılan bu ləkə, heç vaxt sənə yaraşmayıb və yaraşmayacaq da. Xalqın səninlədir. Səni çox sevirik. Möhkəm ol. Çox xahiş edirik ki, möhkəm olasan. Yəqin ki, bu günlərdə hətta yaxın saatlarda sənin günahsız olduğun sübut olunacaq. Mən buna əminəm. Sən yenə də öz xeyirxahlığına qayıdacaqsan. Bunu da bilirəm. Sən yenə də Azərbaycanı, xalqını fikirləşəcəksən. Və xalqına əlindən gələn köməyi edəcəksən”.

Əziz həmvətənlərim! Mübariz kimi ağıllı, işgüzar, xalqını sevən bir insanı tək qoymayın. Ona öz məhəbbətinizi bildirin. Mübarizin bu dar saatlarda əzmini, qüdrətini möhkəmləndirin. Xalqın səsi dünyanın səsi deməkdir. Möhkəm ol, qardaşım. Çox tezliklə haqq öz yerini tapacaq. Sizlərdən bu işə biganə, soyuqqanlı qalmamağı, Mübarizə dəstək olmağı xahiş edirəm. Mübariz Qurbanoğluna dəstək olduğumuzu bildirək. Bizim dəstəyimiz Mübarizə qürur, qüvvət və əzm verəcək. Mən buna əminəm”.

Əziz "Palmali Group” şirkəti! İndi siz böhran keçirirsiniz. Rəhbəriniz bütün insanlarlara yardım əlini, diqqətini, xeyirxahlığını, insanlığını nümayiş etdirdiyi kimi indi də biz sizə öz qayğılarımızı əsirgəmirik. Bizim qayğılarımız sizə olan hörmətimiz və diqqətimizdir. Hər şey yaxşı olacaq. Mübariz çox tezliklə sizin və bizim yanımıza qayıdacaq. Azərbaycan xalqının hər bir qeyrətli, yaxşı oğlunun qədrini bilmək bizim borcumuzdur.

Əziz ziyalılarım! Əziz xalqım! Mübariz Qurbanoğlu Mənsimovun günahsız olduğunu və bu dar gününündə ona dəstək olduğunuzu nümayiş etdirməyi sizdən xahiş edirəm. Çünki hər birimiz Mübarizin necə oğul, necə insan olduğunu bilirik. Bunu bütün Azərbaycan xalqı bilir”

Xatırladaq ki, Xalq artisti Afaq Bəşirqızı bu müraciəti ilə Mübariz Mənsimovun həbs edilməsinə, ona qarşı irəli sürülən ittihamlara biganə qalmadığını və haqqın qələbə çalacağına ümid etdiyini bildirib.(open.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol