• $
  • €
  • ₽
  • ₺
  • £

“Lənkəranski”nin yaxın adamı axtarışa verildi

“Lənkəranski”nin yaxın adamı axtarışa verildi
16.03.2020 14:47
Azərbaycanlı "oğru” Zaur Şipilov ("Zaur Naxçıvanski”) Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya üzrə Rusiya Federal Nəzarət Xidmətinin Orenburq vilayəti üzrə idarəsinə müraciət edib. 

Yenisabah.az xəbər verir ki, "oğru” müraciətində Rusiyanın kriminal sahə üzrə ixtisaslaşmış "PrimeCrime” İnformasiya  Agentliyində və digər KİV-lərdə onun şəxsi fotolarının tirajlanmasına son qoyulmasını tələb edir. 

Zaur Şipilov "Culfalı Bayram” kimi tanınan kriminal avtoritet Bayram Talıbovun oğludur. Bayram Talıbov 2006-cı ildə Azərbaycan nüfuzlu "oğru”larından sayılan Hikmət Muxtarovla ( "Sabirabadlı Hikmət”) birlikdə sui-qəsdə məruz qalıb. Qatil(lər) hər iki kriminaliteti güllələyərk öldürüb. 

Həmin vaxt 21 yaşı olan Zaur Şipilov "oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) himayəsində olub. Bu baxımdan, o, mərhum Rövşən Canıyevin ən yaxın adamlarından biri hesab edilir. Zaur Şipilov 2013-cü ildə Türkiyədə keçirilən "sxodka”da kriminal aləmin ali statusuna layiq görülüb. 

35 yaşlı Zaur Şipilov "oğru” statusu aldıqdan 2 il sonra yəni, 2015-ci ilin oktyabrında Moskvanın Çertanovo rayonundakı "Çayxana" restoranında Rusiya Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman böyük miqdarda heroin aşkarlanıb. Barəsində həbs qərarı verilən Zaur Şipilov Moskvada yerləşən "Matroskaya Tişina” həbsxanasına gətirilir. Bir qədər sonra o, Moskva şəhər Çertanov rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib və "Matroskaya Tişina” türməsindən Samara vilayətində olan "zon”a göndərilib. Həmin "zon”da nüfuzlu "oğru” Vladimr Ozerskiy ("Vova Zyuzya”) ilə birgə cəza çəkib. 

2018-ci ildə azadlığa çıxan "Culfalı Bayram”ın oğlu hazırda da Rusiyanın hüquq-mühafizə orqanlarının hədəfindədir. Orenburq vilayətinin daxili işlər idarəsinin rəis müavini Ruslan Məhəmmədov Rusiya KİV-lərinə bildirib ki, hazırda  Zaur Şipilovla bağlı əməliyyat-axtarış tədbriləri həyata keçirirlir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol