• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan diasporunun Britaniya və Fransadakı tədbirləri təxirə salındı

Azərbaycan diasporunun Britaniya və Fransadakı tədbirləri təxirə salındı
16.03.2020 20:30
Böyük Britaniyanın paytaxtı London şəhərində Novruz bayramı şənlikləri təxirə salınıb. 


"Report”un yerli bürosu xəbər verir ki, buna səbəb ölkədə koronavirusun kütləvi şəkildə yayılmasıdır.


Böyük Britaniyada koronavirusa yoluxanların sayı 1 000 nəfərə yaxındır. Mütəxəssislərin fikrincə isə, bu rəqəm 5 000 ilə 10 000 arasındadır. Ölkədə 21 nəfər virusun qurbanı olub.


Bundan başqa, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək bütün tədbirlər də koronavirus səbəbindən təxirə salınıb.


Hazırda Fransada infeksiyaya yoluxanların ümumi sayı 5 423-ə, ölənlərin sayı isə 127-yə çatıb. Ölkədə epidemiyanın üçüncü mərhələsinə keçid elan edilib. Dünəndən etibarən ölkədə restoranlar, kafelər, kinoteatrlar, idman zalları, kitabxanalar, yemək məmulatlarından başqa, digər kommersiya məntəqələri və digər ictimai yerlərin fəaliyyəti aprelin 15-nə kimi dayandırılıb. Bu gündən isə bağça, məktəb və ali təhsil ocaqları bağlanıb. Sabahdan ölkədə fövqəladə vəziyyətin elan olunacağı gözlənilir.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol