Azərbaycanda ilk dəfə “ağıllı bağ" yaradıldı

Azərbaycanda ilk dəfə Quba rayonunda müasir texnologiyaların tətbiqi ilə yaradılan "ağıllı bağ”da Günəş panelləri və örtük sistemi quraşdırılıb.
"Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.
"Ağıllı bağ”da avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılır. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq.
Mütəxəssis Emin Məmmədov bildirib ki, artıq bağda 126 ədəd Günəş panelinin quraşdırılması işləri yekunlaşıb. Bu panellər vasitəsilə saatda 30 kilovat elektrik enerjisi əldə olunacaq. Həmin enerji ilə bağın su nasoslarının fəaliyyəti təmin ediləcək. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaqda yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.
"Ağıllı bağ”da hazırda Günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılır. Bununla da məhsul itkisinin qarşısı alınacaq.
İnstitutun elmi işçisi Asif Kərimov bildirib ki, qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib