• $
  • €
  • ₽
  • ₺
  • £

“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edildi

“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edildi
16.03.2020 23:00
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli fərmanı ilə təsdiq edilmiş "20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 


"Report" xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli fərmanı ilə təsdiq edilmiş "20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”nin 5-ci hissəsinin birinci bəndinə "haqqında” sözündən sonra "bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada” sözləri əlavə edilb və həmin hissənin ikinci bəndi ləğv edilib. 


Fərmanla "20 Yanvar şəhidi” fəxri adının vəsiqəsi (bundan sonra – vəsiqə) 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə qırmızı rəngdədir, vəsiqənin cildinin üst tərəfində ortada qızılı rənglə "20 YANVAR ŞƏHİDİ” FƏXRİ ADININ VƏSİQƏSİ” sözləri yazılmışdır.


Vəsiqənin içliyinin birinci səhifəsində yuxarıda ortada Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilir, onun altında "20 YANVAR ŞƏHİDİ” FƏXRİ ADININ VƏSİQƏSİ”, həmin sözlərin altında "№___” işarəsi, onun da altında "Azərbaycan Respublikası Prezidentinin ___il "____” _____tarixli _____nömrəli _____________ ilə” sözləri yazılır.


Vəsiqənin içliyinin ikinci səhifəsində birinci sətrin altında ortada "soyadı”, ikinci sətrin altında ortada "adı”, üçüncü sətrin altında ortada "atasının adı” sözləri, onun altında sol tərəfdən başlayaraq "20 Yanvar şəhidi” fəxri adı verilmişdir.” cümləsi, həmin cümlənin altında isə "Azərbaycan Respublikasının Prezidenti” sözləri yazılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol