• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqına səyahətlər 30 gün müddətinə qadağan ediləcək

Avropa İttifaqına səyahətlər 30 gün müddətinə qadağan ediləcək
29.05.2020 03:32
Avropa Komissiyası koronavirusla mübarizə tədbirləri çərçivəsində Avropa İttifaqı ərazisinə zəruri olmayan səfərlərin 30 gün müddətinə qadağan edilməsini təklif edib. 

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen video müraciətində bildirib. 

Onun sözlərinə görə, ittifaq ərazisindəki səhiyyə təşkilatları koronavirus səbəbi ilə böyük təzyiq altındadır və bu təzyiqin azaldılması məqsədi ilə zəruri olmayan səyahətlər müvəqqəti qadağan edilməlidir: "Biz bilirik ki, sosial əlaqəni azaltmaqla eyni zamanda virusun yayılma sürətini zəiflədirik.  Mümkün qədər az səyahətlə biz virusun yayılmasını zəiflədə bilərik. Ona görə də artıq bizim G7 tərəfdaşlarımızı məlumatlandırmışam, dövlət və hökumət başçılarına təklif etmişəm ki, Avropa İttifaqına zəruri olmayan səfərlərə müvəqqəti məhdudiyyət gətirilsin. Bu məhdudiyyət ilkin mərhələdə 30 gün müddətinə tətbiq edilə, zəruri olduğu təqdirdə isə uzadıla bilər”.

Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı ərazisində uzunmüddətli yaşayış icazəsi olanlar, ailə üzvləri Avropa vətəndaşı olanlar, diplomatlar, həkimlər və səhiyyə işçilərinə qadağa şamil edilməyəcək. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol