• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir dövlət qurumu vətəndaşların qəbulunu dayandırdı

Daha bir dövlət qurumu vətəndaşların qəbulunu dayandırdı
17.03.2020 22:06
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş təcili, təxirəsalınmaz və yerinə yetirilməsi məcburi olan qərarların icrası olaraq vətəndaş qəbulu martın 17-dən başlayaraq məhdudlaşdırılır.

Bu dövr ərzində Agentliyin səlahiyyətinə aid məsələlərlə, eləcə də, koronavirusla bağlı müraciətlər qurumun 1542 "Çağrı” mərkəzi və ya 012 310-07-70 telefon nömrəsi vasitəsilə qəbul ediləcək. "Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Yazılı müraciətlər isə yalnız elektron qaydada Agentliyin [email protected] elektron poçt ünvanı, həmçinin https://its.gov.az/ rəsmi internet səhifəsinin "Elektron müraciət” bölməsi vasitəsilə qəbul ediləcək. Vətəndaşlar tərəfindən müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Müraciətin mövzusu müəyyən edildikdən sonra vətəndaş aidiyyəti struktur bölməyə və ya tibb müəssisəsinə yönləndiriləcək: "Nazirlər Kabinetinin qərarına əsasən koronavirusla bağlı profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaqlar.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq”.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol