• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş polis narkotik satdığına görə həbs edildi

Keçmiş polis narkotik satdığına görə həbs edildi
18.03.2020 10:33
Yasamal Rayon Məhkəməsində narkotik vasitələrin alqı-satqısında təqsirli bilinən keçmiş polis əməkdaşının məhkəmə prosesi keçirilib. 

"Yeni Sabah”ın məlumatına görə, hakim Murad Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.3 və 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Fərhadov Peyman Fərhad oğlunun həbs-qətimkan tədbirinin uzadılması məsələsinə baxılıb və istintaq orqanının vəsatəti təmin edilib. 

Qeyd edək ki, P.Fərhadova cinayət işi Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində başlanılıb. 

Xatırladaq ki, Fərhadov Peyman Fərhad oğlu 2014-cü ildə avtoxuliqanlıq etdiyinə görə, Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayı sıralarından xaric edilib. Belə ki, P. Fərhadov metronun "Qara Qarayev” stansiyasının yaxınlığında "VAZ 2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili ilə yolun əks istiqamətinə çıxmaqla sürüb. O, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının "saxla” əmrinə tabe olmayıb. P.Fərhadovu idarə etdiyi avtomobilin təkəri çıxdıqdan sonra saxlamaq mümkün olub. Araşdırma zamanı onun polis əməkdaşı olduğu üzə çıxıb. P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb və Fərhadov Peyman Fərhad oğlu 1 il müddətinə sürücülük hüququndan məhrum edilərək 500 manat miqdarında cərimə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol