• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan kənd təsərrüfatına daha bir dəstək

Unibankdan kənd təsərrüfatına daha bir dəstək
18.03.2020 13:49
Unibank aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək istiqamətində daha bir layihəyə qoşulub. Bank Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığa başlayıb. Əməkdaşlığın nəticəsi olaraq Unibank AKİA-nın təklif etdiyi bütün xidmətləri sahibkarlara təqdim edir. AKİA ilə tərəfdaşlıq kənd təsərrüfatı sahəsində biznesi olan Unibank müştərilərinin daha aşağı faizli kreditlər əldə etməsinə imkan yaradacaq. Bu kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına, illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. AKİA ilə əməkdaşlıq çərçivəsində Unibank güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan alışı üçün nəzərdə tutulan kreditlər də təklif edir.  Damazlıq heyvan alışı üçün heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür. Kreditin məbləği təyinatdan asılı olaraq 5000 AZN-dən 1 000 000 manatadək dəyişir. 

AKİA kreditlərinin üstünlükləri:

- aşağı faiz;
- kreditin güzəşt mddətli olması;
- girovsuz kredit əldə etmək imkanı.
Kreditin təyinatı:
- əkinçilik 
- heyvandarlıq 
- arıçılıq, quşçuluq və digər kənd təsərrüfatı sahələri
- istixana(parnik) komplekslərinin yaradılması və s.
- kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı alışı
- Damazlıq heyvan alışı

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol