• $
  • €
  • ₽
  • ₺
  • £

Onlayn komitə iclası keçirildi - Milli Məclisdə BİR İLK

Onlayn komitə iclası keçirildi - Milli Məclisdə BİR İLK
18.03.2020 15:31
Bu gün Milli Məclisin Mədəniyyət komitəsi onlayn sistemlə altıncı çağırışda ilk iclasını keçirib.

BakuPost-a Parlamentin Mətbuat Xidmətindən verilən məlumata görə, komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirərək dövlətimizin qaydalarına uyğun olaraq komitənin bu sistemlə keçirilməsi zərurətinin yarandığını vurğulayıb.

İclasda əvvəlcə komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı dövrdə "Kinematoqrafiya haqqında”, "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Yazılı abidələr haqqında”, "Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə tutulur. Komitə üzvlərinin sənədlərlə bağlı təklifləri dinlənilib, qanunvericilik işləri planı təsdiq edilib.Sonra "Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Televiziya və radio yayımı haqqında”, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və "İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, sənədlərdə təklif olunan dəyişikliklərin məqsədi "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.

İclasın gündəliyinə daxil edilən digər sənədin - "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklərin "Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə aparıldığı qeyd edilib.

Onlayn müzakirələrin sonunda hər iki sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol