• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir Mübariz Mənsimovdan danışdı: “Ədalətli qərarı yalnız məhkəmə verə bilər”

Səfir Mübariz Mənsimovdan danışdı: “Ədalətli qərarı yalnız məhkəmə verə bilər”
18.03.2020 17:22
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib.

Anews.az xəbər verir ki, səfir Erkan Özoral Demokrat.az-a açıqlamasında deyib ki, Mübariz Mənsimovun məhkəmə qərarı ilə Türkiyədə həbs edilməsi məsələsinə hörmətlə yanaşıb, prosesin yekun nəticəsini gözləmək lazımdır:

"Türkiyə hüquqi və demokratik dövlətdir. Mübariz Mənsimovla bağlı ədalətli qərarı yalnız məhkəmə verə bilər. Hazırda onunla bağlı işə məhkəmə baxır. Məhkəmənin qərarına hər hansı şərh verməyimiz düzgün olmazdı. Son qərarı məhkəmə verir. Cinayətkar olub-olmadığına da bu prosesin sonunda yenə məhkəmə qərar verəcək”.

Səfir Mübariz Mənsimova görə narahat olan insanları bu vəziyyətdən sui-istifadə etmək istəyənlərə qarşı diqqətli olmağa çağırıb.
Bu gün Bakıda bir qrup şəxsin Türkiyənin Azərbaycandakı səfirliyi önündə Mübariz Mənsimova dəstək aksiyası keçirməsinə də toxunan Erkan Özoral qeyd edib ki, hər kəsin sərbəst fikir söyləmək haqqı var:

"Aksiya keçirənlər səfirliyə protokol təqdim ediblər. Onların öz tələbləri var. Biz buna normal baxırıq. Hər kəsin sərbəst fikir söyləmək haqqı var. Ancaq məsələnin ədalətli həllinə biz deyil, məhkəmə qərar verir. Əgər ortada bir cinayət varsa, bunun məhkəmə tərəfindən sübut olunması zəruridir. Ədalətli qərarı verən də məhkəmədir. Hər birimiz məhkəmənin qərarlarına hörmətlə yanaşmalıyıq”.

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol