• $
  • €
  • ₽
  • ₺
  • £

YAP koronavirusa qarşı mübarizəyə qoşuldu

YAP koronavirusa qarşı mübarizəyə qoşuldu
18.03.2020 20:30
Dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə Azərbaycan hökumətinin fəaliyyətində ön plana çıxıb.


Yeni Azərbaycan Partiyasından (YAP) "Report"a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabinetinin yanında yaradılmış Operativ qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli fəaliyyət göstərir. 


"Epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilaktik tədbirlərin görülməsi ilə əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyyələr verilir. Təcrübə göstərir ki, bütün cəmiyyət və ayrılıqda hər bir vətəndaş virusa yoluxmaların qarşısının alınmasında mühüm rol oynaya bilər və oynamalıdır. Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası özünün çoxsaylı üzvlərinin təkliflərini nəzərə alaraq koronavirus xəstəliyinə qarşı mübarizədə ehtiyacı olan vətəndaşlara Nazirlər Kabinetinin yanında Operativ qərargahın tövsiyyələrinin yerinə yetirilməsi işində mümkün köməkliyin göstərilməsi, zəruri məlumatların çatdırılması, maarifləndirmə işlərinin aparılması məqsədilə təşkilatın bütün strukturlarını səfərbər edib" - deyə, məlumatda bildirilib.


Eyni zamanda Yeni Azərbaycan Partiyasının gəncləri sosial şəbəkələr üzərindən Operativ qərargahın tövsiyyələrinin əhali arasında yayılmasına köməklik göstərmək məqsədilə aksiyalar təşkil etməyi qərara alınıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol