• $
  • €
  • ₽
  • ₺
  • £

BOS-un direktoru: "AVRO-2020-nin təxirə salınması bizə təsir göstərməyəcək"

BOS-un direktoru: "AVRO-2020-nin təxirə salınması bizə təsir göstərməyəcək"
18.03.2020 22:00
"Əslində deyiləcək söz yoxdur, hər şey bəllidir. Koronavirus qlobal problemdir, artıq pandemiyadır. Nə edə bilərik? Sadəcə, gözləmək lazımdır. Artıq UEFA qərar verib: Avropa çempionatı 2021-ci ildə keçiriləcək".


Bu fikirləri "Report"a açıqlamasında Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev Avropa çempionatının təxirə salınmasına münasibət bildirərkən deyib.


O deyib ki, BOS nüfuzlu yarışın bütün hazırlıq işlərini tamamlamaq üzrə idi: "Bundan sonra prosedurlar olacaqdı. Gözləyəcəyik, UEFA-nın nümayəndələri gələndən sonra hər şey bəlli olacaq".


Qarayev AVRO-2020-nin təxirə salınmasının BOS-un hazırlığına təsir göstərməyəcəyini vurğulayıb: "Ertələnmə bizə təsir göstərməyəcək. Bəlkə də, bunun faydası olacaq ki, vaxt qazanacağıq. Bəzi işlər mayadək bitməli idi. İndi belə çıxır ki, bir il də vaxtımız var".


BOS rəsmisi Avropa çempionatınadək arenada digər matçların keçirilməsinin mümkünlüyünü söyləyib: "Təbii ki, bütün oyunlar keçirilə bilər. Amma nə vaxt keçiriləcəyi Azərbaycandakı vəziyyətdən asılıdır. Klubların və milli komandaların beynəlxalq oyunlaradək bu xəstəlik qalacaqmı? Çox suallar var, onlara cavab verə bilmirəm".


Direktor BOS-da çalışanların koronavirusa görə evlərində olduğunu vurğulayıb: "Bayrama yaxın hamısı evlərindədir. Kimin vacib işi olsa, gəlir, işini görəndən sonra isə çıxıb evinə gedə bilir". 


Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol