Bakıda hamilə qadın bətnindəki körpə ilə birgə öldü

Bakıda hamilə qadın ölüb.
Publika.az xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında qeydə alınıb.
Ağır vəziyyətdə xəstəxanaya gətirilən Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayevaya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. 22 həftəlik hamilə olan qadın bətnindəki uşaq ilə birlikdə ölüb.
Məlumata görə, 5 il qabaq ürək əməliyyatı keçirən qadın bu il martın 17-də "mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələr nəticə vermədiyindən o ürək çatışmazlığından ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























