• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda taksi sürücüsü nazirlik işçisini döydü

Bakıda taksi sürücüsü nazirlik işçisini döydü
26.07.2014 15:20
Nəqliyyat Nazirliyinin əməkdaşını ölümcül döyən sürücü gizlənibBakının Xətai rayonu ərazisində taksi sürücüsü ilə Nəqliyyat Nazirliyinin əməkdaşı arasında qanlı dava baş verib. Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin müstəntiqi Həsən Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə iyul ayının 23-də saat 18:00-da Məmməd Hadi küçəsində qeydə alınıb.Belə ki, taksi fəaliyyətilə məşğul olan “Chrysler” markalı avtomobilin sürücüsü 1965-ci il təvəllüdlü Sumqayıt sakini Valeh Məmişov ilə Nəqliyyat Nazirliyinin əməkdaşı, 1991-ci il təvəllüdlü Elnur Məmmədov arasında mübahisə yaranıb. Mübahisəyə nəqliyyat işçisinin sürücüdən sənəd tələb etməsi səbəb olub. Nəqliyyat işçisinin əmrinə tabe olmayan sürücü onu təhqir edib. Nəticədə əlbəyaxa dava düşüb.Dava zamanı Elnur Məmmədova gücü çatmayan sürücü onu dəmir parçası ilə vurub. Ağır yaralanan Elnur Məmmədov xəstəxanaya yerləşdirilib.Hadisəni törədən Valeh Məmişov qaçaraq gizlənib. Onun barəsində 221.3 maddəsi ilə cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanları onun axtarışı ilə məşğuldurlar.Faktla bağlı araşdırma aparılır. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol