AZAL daha 123 azərbaycanlını vətənə qaytarıb - RƏSMİ

Martın 19-na keçən gecə "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə daha 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
Anews.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, bu Azərbaycanın milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir – ötən gün Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.
Məlumata əsasən, həmçinin martın 19-na keçən gecə İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.
AZAL və "Aeroflot" aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edir. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib