“Nar+” tətbiqini yüklə və hədiyyə qazan!

Müştəri təcrübəsini daim inkişaf etdirən "Nar”, şəxsi hesablara rəqəmsal
nəzarət imkanı verən "Nar+” tətbiqində yeni qeydiyyatdan keçən abunəçiləri üçün
xüsusi kampaniyaya start verib. Belə ki, tətbiqin yeni istifadəçilərinə
qeydiyyatdan keçdikdən sonra 24 saat ərzində xüsusi bonuslar təqdim olunacaq. Kampaniya
19 aprel tarixinədək davam edəcək.
Xatırladaq
ki, "Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları
bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Belə ki, abunəçilər bir neçə
saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə
qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını
yoxlaya və yeniləyə bilirlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını
icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə
imkan verir. Tətbiqin daha bir unikal xüsusiyyəti isə eyni anda 5-dək hesaba nəzarət
etmə imkanı verməsidir.
Qeyd edə ki, "Nar+” tətbiqini AppStore və
PlayStore-dan yükləmək mümkündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























