Bakıda otellər virusla bağlı karantin mərkəzinə çevirilir

Bakıda fəaliyyət göstərən üç və dörd ulduzlu otellərin koronavirus təhlükəsiylə əlaqədar boşaldıldığına dair məlumatlar yayılıb. İddialara görə, mümkün təhlükəni önləmək üçün onlarla lüks otel hazırlıq vəziyyətinə gətirilib.
Bu məlumat rəsmən təsdiqlənməsə də, cəmiyyət tərəfindən müsbət qarşılanıb. Sosial şəbəkələrdə tanınmış ictimaiyyət nümayəndləri də bu təşəbbüsə dəstək veriblər.
Otellərin özəl biznes strukturu olmasına baxmayaraq, koronavirusla mübarizədə istifadə edilməsi doğrudan müsbət addımdır. Bu, həm də dünyaya həmrəylik nümayişi sayıla bilər.
Koronavirus pandemiyası üzünüdən sərhədlərin qapadılması otellərin demək olar ki, fəaliyyətsiz duruma salıb. Bir halda ki, artıq ortada biznes yoxdur, o zaman nədən otel sahibləri belə xeyirxah addım atmasınlar? İstisna deyil ki, dövlət də bu məsələdə otel sahiblərinə gərəkən dəstəyi verə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























