• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələ bölgəsindəki qəzalı evlərin tikintisi nə yerdədir?

Zəlzələ bölgəsindəki qəzalı evlərin tikintisi nə yerdədir?
29.05.2020 05:14

Azərbaycan Fövqəladə Hallar Nazirliyi 2012-ci ildə ölkənin şimal-qərb bölgəsində baş verən zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması sahəsində həyata keçirilən işlərlə bağlı hesabat açıqlayıb.ANN.Az xəbər verir ki, nazirlikdən APA-ya verilən məlumata görə, hesabatda bildirilir ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılaraq, nazirliyin mütəxəssisləri tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirməyə başlanılıb. FHN tərəfindən rayonlara çoxlu sayda texnika və avadanlıq, çadırlar, məmulatları və s. yardımlar, böyük miqdarda tikinti materialları göndərilib.Azərbaycan prezidentinin göstərişlərinə əsasən, Nazirlər Kabinetinin müxtəlif sərəncamları ilə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ehtiyat fondundan, Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına bölgədə tikinti işlərinə başlanılıb.Komissiya tərəfindən tərtib olunmuş baxış aktlarına əsasən müəyyən olunmuş 5281 qəzalı evdən (rayonlar üzrə: Zaqatalada  4006, Qaxda 521, Balakəndə 736) 5263 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 18-nin tikintisi davam etdirilir. Sosial obyektlər üzrə inşasına başlanılan 37 məktəbdən 30 iyun 2014-cü il tarixədək 10 min 300 şagird yerlik 37 məktəb binası, 135 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində isə 480 şagird yerlik məktəb binası bərpa edilib və gücləndirilib.  Sosial obyektlərdən həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Zaqatala rayon şöbəsi, Zaqatala rayon Muxax kəndində konserv sexi tikilib istifadəyə verilib. Şəki, Qax, Balakən rayonlarında 3 girişli Yanğınsöndürmə  Depolarının tikintisi başa çatdırılıb. Hal-hazırda Zaqatala səhərində 3 girişli Yanğınsöndürmə Deposunda tamamlanma işləri aparılır.Bundan başqa, 2013-cü ildə Zaqatala rayonunun Əliabad və Çobankol, Qax rayonunun  Almalı və Balakən rayonunun Qabaqçöl kəndləri ərazisində Dövlət Yanğından Mühafizə  Bölməsi üçün 2 girişli Yanğınsöndürmə Depolarında  tikinti işləri davam edir. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının tikintisinə də 2013-cü ildə başlanılıb və artıq obyektdə tamamlanma işləri gedir.2012-ci ilin may ayından 30 iyun 2014-cü il tarixə kimi zəlzələdən ziyan çəkmiş 7478 ailəyə  bərpa işlərinin aparılması ilə əlaqədar olaraq cəmi 36 916,56 min manat yardım ödənilib. Zəlzələ bölgəsində təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliklərin göstərilməsi davam etdirilir.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol