• $
  • €
  • ₽
  • ₺
  • £

Paşayeva Prezidentin çağırışına qoşuldu: məbləğ açıqladı

Paşayeva Prezidentin çağırışına qoşuldu: məbləğ açıqladı
19.03.2020 20:43
Cənab Prezidentin bu təşəbbüsünə böyük məmnuniyyətlə qoşulduğumu bildirirəm və fondun bank hesabı açılan kimi ora vəsait köçürəcəyəm.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Prezident İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratmasına münasibət bildirərkən deyib.

Q.Paşayeva bildirib ki, bu fondun yaradılması Prezidentin hər bir azərbaycanlının səhhətinə, onun sağlamlığına necə yanaşmasının göstəricisidir:
"Cənab Prezident hər bir azərbaycanlının, hər bir vətəndaşın onun üçün, dövlətimiz üçün nə qədər dəyərli olduğunu və dövlətin öz vətəndaşlarına necə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi. Ötən gün koronavirusla mübarizə aparan səhiyyə işçilərinin əmək haqları ilə bağlı verdiyi qərar, bu gün isə xüsusi olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratması cənab Prezidentimizin xüsusi qayğısının təzahürüdür. Bu qərarları alqışlayır və bəyan edirəm ki, fondun bank hesabı açılan kimi əmək haqqımın böyük hissəsini ora köçürəcəyəm”.
Qənirə Paşayeva bununla bərabər, iş adamlarına da müraciət edib:
"Bütün dünya bir sınaq qarşısındadır: bir tərəfdən qlobal iqtisadi vəziyyət, digər tərəfdən koronavirusun yaratdığı ciddi təhlükələr dövlətləri lazımlı qərarlar almağa məcbur edir. Azərbaycanın hər iki təzyiq qarşısında necə çevik və vacib, sosialyönlü qərarlar verdiyini, bu istiqamətdə hansı fədakarlıqlar edildiyi göz önündədir. İqtisadi təzyiqlərə baxmayaraq, ölkə əhalisinin bu böhranı hiss etməməsi üçün ən ümdə addımlar atılır və bunun nəticəsidir ki, qonşularımızda ciddi şəkildə hiss edilən sosial gərginlik Azərbaycanda yaşanmır. Eyni zamanda, Azərbaycan dövləti koronavirusla mübarizədə də nümunəvi addımları ilə fərqlənir. Dövlətin bu cür qayğısı, çevik addımları və fəaliyyəti hər birimizin üzərimizə böyük məsuliyyət qoyur. İnsanlarımız koronavirusa qarşı mübarizəyə öz səhhətlərinə biganə yanaşmamaqla dəstək verməlidirlər. İş adamlarımız isə bu məqamda Prezidentimizin təşəbbüsünə qoşulmalı və Fondun genişlənməsinə çalışmalıdırlar. Ona görə də iş adamlarına da müraciət edirəm ki, bu çağırışa qoşulsunlar və Azərbaycanın koronavirusla mübarizədə apardığı mücadiləyə maddi dəstək versinlər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol