Azercell bütün ölkə üzrə abunəçilərinin yüksək sürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

Bazarda ən az gecikmə və yüksək qoşulma qabiliyyəti təklif edərək, Nokia AirScale bu nailiyyətlərə və daha artığına bütün texnologiyaları eyni radio avadanlığında tətbiq etməklə nail olmuşdur. AirScale Radio Access, Azercell-in ən yaxın gələcəkdə 5G şəbəkəsinə qədər problemsiz və asan şəkildə texnoloji yüksəliş əldə etməyə imkan verəcək ilk hərtərəfli kommersiya həllidir.
"Nokia Xəzər telekom bazarının ehtiyaclarını anlayır və biz burada hərtərəfli texnoloji həll yollarını inkişaf etdirməyə davam edirik. Azərbaycanda 5G texnologiyasında problemsiz bir təkamül təmin edərək ən son yeniliklərimizi təqdim etməkdən məmnunuq” - deyə Nokianin Xəzəryanı ölkələr üzrə Müştərilərlə Əlaqələr Qrupunun müdiri Cankurt Uğurlu bildirib.
"4.5 milyon istifadəçinin seçimi olan Azercell, Azərbaycanın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, təklif etdiyi yüksəksürətli internet sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək məqsədi ilə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Qürur hissi ilə qeyd etmək lazımdır ki, "Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi Azercell-in ölkənin bütün bölgələrində ən yüksək keyfiyyətli 4G xidmətlərini təmin etdiyini təsdiqləyib”,- deyə Azercell-in Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov qeyd edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
www.anews.az
























