• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşlarına COVİD-19 ilə bağlı YENİ MÜRACİƏT

Azərbaycan vətəndaşlarına COVİD-19 ilə bağlı YENİ MÜRACİƏT
20.03.2020 16:32
Koronavirus pandemiyasının yayılması ilə bağlı bütün ölkələrdə, o cümlədən Azərbaycanda ən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu gün hökumət tərəfindən görülən tədbirlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir.

Anews.az trend-ə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

O qeyd edib ki, hər bir dövlət qurumu üzərinə düşən öhdəliyin yerinə yetirilməsi üçün tədbirlər görür. Xarici İşlər Nazirliyi və ölkəmizdən kənarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz bu sahədə ciddi fəaliyyət göstərir.

Artıq Xarici İşlər Nazirliyinin "qaynar xətt”inin fəaliyyət göstərdiyini deyən L.Abdullayeva qeyd edib ki, 596 94 41, 596 94 42, 596 94 43, 596 94 44, 596 94 45, 596 94 46 nömrələri nazirliyin 24 saat fəaliyyət göstərən "qaynar xətt” nömrələridir.

Saat 09:00-dan saat 21:00-dək Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə yuxarıda göstərilən nömrələrə gələn zəngləri cavablandırırlar. Saat 21:00-dan səhər saat 09:00-dək isə bu xətlər mobil nömrələrə keçirilir.

Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı fəaliyyət göstərir ([email protected]).

Nazirlik rəsmisi bildirib ki, bu qərargahda yüzlərlə zəngə cavab verilir. Qərargaha ölkə daxilindən və xaricdən zənglər gəlir.

Bütün müraciətlər toplanıb Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürülür. Bundan başqa, Xarici İşlər Nazirliyi mütəmadi olaraq xarici ölkələrdəki səfirlik və konsulluqlarla əlaqə saxlayır, həmin ölkədəki vəziyyət barədə məlumatlar toplanır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol