• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Əsgərovdan narazılıq: “Maaşlar verilimir....” - VİDEO

Cahangir Əsgərovdan narazılıq: “Maaşlar verilimir....”  - VİDEO
21.03.2020 12:46
Başı doppinqlə bəlada olan Azərbaycan Ağır Atletika Federasiyası maaş qalmaqalı və şəraitsizliyə görə yenidən gündəmə gəlib. 

Ağır atletika üzrə milli komandanın üzvü, idman ustası Günel Vəliyeva federasiyadakı problemlərlə bağlı Unikal.org-a açıqlama verib. O bildirib ki,  xarici ölkələrin idmançılarına həsəd aparırıq, çünki hər sahədə Azərbaycandan geri qalan ölkələrin ağır atletləri bizdən daha yaxşı təmin olunublar: 

"Həm vitaminləri var, həm də səliqəli formaları. Mən 2 ildir ki, milli komandadan maaş ala bilmirəm. Millimizin tərkibində uzun illərdir çıxış edən digər atletlər də maaş üzünə həsrət qalıblar. Maaşımız verilmir, formamız nimdaş haldadır. Təsəvvür edin ki, ağır atletlər üçün olan idman ayaqqabısı istəyirik, gedib kiminsə ayağından çıxarıb yığmanın üzvlərinə verirlər. Bizə verilmiş ağır atlet formaları ən ucuz, ən keyfiyyətsiz formalardır. Hətta bəzilərinin heç idman geyimləri də yoxdur. Ən böyük problemlərdən biri də yarışlara göndərilməməyimizdir.  Beynəlxalq yarışa 1 ay qalmış deyirlər yarış var, hazırlaşın. Biz 1 aya necə hazırlaşıb nəticə verək. Yaxud da, yarışın başlamağına 1 həftə qalmış gəlib deyirlər ki, getmirsiz”.

G.Vəliyeva səslərinin Federasiyanın rəhbəri Cahangir Əsgərova çatdırılmadığını və federasiyanın baş katibi Rizvan Rəsulovun problemləri həll etmədiyini bildirib.

Millinin üzvü Mərziyyə Məhərrəmova həmkarı kimi federasiyadakı durumdan şikayətlənib: "Heç bir yığmada idmançıya 200 manat maaş vermirlər. Fəhlə, offisiant da bizdən çox qazanır. Biz bayrağımızı dalğalandırırıq. Onlar isə bizə 200 manat maaşı qıymırlar. Yanvarda yeni müqavilə bağlandı ki, hər şeylə təmin olunacaqsınız. Amma 2 -3 aydan bir 1 aylıq maaşımızı alırıq. Bəziləri heç almır. Vitamin yox, maaş yox. Yarışlardan da uzaq salırlar.  Təsəvvür edin federasiyada milli komanda deyə bir anlayış qalmayıb. Gənclər, qadınlar və kişilərin milli komandalarının hərəsində 2-3 idmançı qalıb. Ümumilikdə biz 15 nəfərlik bir idmançı qrupuyuq.Tək bir tələbimiz var, imzalatdıqları müqaviləyə əməl edilməsdir. Bir uşaq anasıyam. Övladımı evdə qoyub, gəlib məşq edirəm”.

Ağır atletika millisinin üzvü Səbinə Əzimova da komanda yoldaşlarına qatıldığını, bu cür problemlərin onların karyerasını təhlükə altına aldığını qeyd edib. Bildirilib ki, millinin digər üzvləri də durumdan şikayətçidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol