• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram namazı nə vaxt qılınsın: 28-də? 29-da? - Mübahisə davam edir

Bayram namazı nə vaxt qılınsın: 28-də? 29-da? - Mübahisə davam edir
25.07.2014 21:43
“Bayram namazı bəzi ölkələrdə ayın 28-də, bəzi ölkələrdə isə 29-da qılınacaq. Bu həmin dövlətlərin yerləşdiyi ərazidən asılıdır”.

Bunu modern.az-a “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.Onun sözlərinə görə, Ay bir dövlətdə görünə bilər, digər dövlətdə  görünməyə bilər:  “Əminəm ki, bu il də təkcə İran və Azərbaycan iyulun 28-də bayram namazı qılmayacaq. Çünki keçən il də belə fikirlər söyləyirdilər. Amma belə olmadı”.Deputat Fazil Mustafanın facebook səhifəsində Azərbaycanın İranın dini-mənəvi müstəmləkəsi kimi qalması iddiassı ilə çıxışına isə Hacı Şahin Həsənli belə münasibət bildirib. “Azərbaycan və İranın bayram namazını eyni gündə qılmasının müstəmləkə ilə heç bir əlaqəsi yoxdur. Aydındır ki, biz kiminsə müstəmləkəsi deyilik. Əslində, bayram namazının yalnız İran və Azərbaycanda iyulun 28-də qılınması yanlış fikirdir. Sadəcə olaraq, şəriətə müxtəlif saylı baxışlar var. Burda ayın görünməsi əsas şərtdir. Ay görünməsə orucu tutmaq lazımdır. Bu il də Şamaxı Rəsədxanası Qafqaz Müsəlmanları İdarəsinə bildirib ki, ay məhz 28-dən 29-na keçən gecə görünəcək. Bu, Şamaxı Rəsədxanasının mövqeyidir. Bundan başqa, müşahidələr də aparılacaq. Amma mütəxəssislər deyir ki, bu il ayın görünmə ehtimalı çox azdır. Məsələ bundan ibarətdir. Yoxsa, kiminsə əsarətində olmağın məsələyə heç bir aidiyyatı yoxdur. Bir az da səbr etsəniz, görəcəksiniz ki, bayram namazı bir çox müsəlman ölkələrində 28-də, digərində isə 29-da qılınacaq. Bunu faciə kimi qəbul etmək doğru deyil. Azərbaycanda da rəsmi olaraq iki gün bayramdır. Təbii ki, məzhəblər arasında da fikir ayrılıqları ola bilər. Hətta eyni məzhəbdən olan din alimləri arasında da fikir ayrılıqları mümkündür”.Qeyd edək ki, deputat Fazil Mustafa şəxsi facebook səhifəsində builki Ramazan bayramında bayram namazının Azərbaycan və İranda iyulun 28-də qılınmasına etirazını bildirib. Dünyanın hər yerində bayram namazının 28-da qılınacağına diqqət çəkən deputat, Azərbaycan və İranda bayram namazının məhz 28-də qılınmasını Azərbaycanı hələ də İranın dini-mənəvi müstəmləkəsi kimi qiymətləndirib.    ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol