“Binə”, “Sədərək” yarmarkaları, molların fəaliyyəti dayandırılsın...

"Binə", "Sədərək" yarmarkaları, ticarət molları fəaliyyəti dayandırılsın".
"Yeni Sabah” xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. O, qeyd edib ki, bu qərar insanların təhlükəsizliyinə xidmət edəcək: "Nazirlər Kabinetinin qərarı ilə bir çox dövlət strukturlarının əməkdaşları martın 29-dan aprelin 29-a qədər məcburi məzuniyyətə göndərildi. Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqqları tam şəkildə ödəniləcək. Bu qərara münasibətim normaldır. Amma hesab edirəm ki, bu qərarla yanaşı, qeyri-ərzaq məhsullarıının kütləvi satış mərkəzləri, o cümlədən "Binə", "Sədərək" yarmarkaları, böyük ticarət mollarının fəaliyyətinin dayandırılmasına qərar verilməlidir".
Qubad İbadoğlu bunun iki səbəbini açıqlayıb: "Birincisi, insanların təhlükəsizliyi baxımından, ikincisi isə həmin yarmarkalarda çalışan iş adamlarının, ticarətçilərin icarəçilər və vergi orqanları qarşısındakı öhdəliklərinin dayandırılması nöqteyi-nəzərindən vacibdir. Əks təqdirdə icarəçi qarşısında öhdəliklərini yerinə yetirmək üçün hər gün işə çıxmağa məcbur olan icarədar alıcılıq qabliyyətinin azaldığı indiki şəraitdə həm özünü təhlükəyə atır, həm də ziyana işləyir.
Hesab edirəm ki, bu məsələyə dövlət müdaxiləsi zəruridir. Və onun daha da tez baş verməsi vacibdir ki, iş adamları izafi xərclərdən (kirayə haqqı və sair ödənişlər) xilas ola bilsin".
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib