• $
  • €
  • ₽
  • ₺
  • £

“Gilan Holding” koronavirusla mübarizəyə öz töhfəsini verdi: otellərini karantin zonası üçün ayırdı

“Gilan Holding” koronavirusla mübarizəyə öz töhfəsini verdi: otellərini karantin zonası üçün ayırdı
21.03.2020 18:30
"Gilan Holding” korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək  koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tibbi-profilaktik və preventiv tədbirlərə öz töhfəsini vermişdir. 

Belə ki, 1987-ci ildən fəaliyyət göstərən və Azərbaycanın ən iri şirkətlərindən olan "Gilan Holding” şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilmişdir. Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilmişdir. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunmasının ölkədə işgüzar fəallığın zəifləməsi və iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, "Gilan Holding” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır və şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verərək, yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol