3 tonluq qaçaqmal heroinlə bağlı daha bir xəbər

Gürcüstan hüquq mühafizə orqanları tərəfindən ələ keçirilmiş 3 tona yaxın maye heroin “Taliban” terrorçu təşkilatına məxsus olub. Musavat.com-un gürcü KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkəni daxili işlər naziri Aleksandr Çikiadze bildirib. Bu haqda o, parlamentdə çıxışı zamanı deyib. “Bu, narkotik əfqan mənşəlidir və “Taliban” təşkilatına məxsusdur. Onun daşınması Avropa istiqamətində nəzərdə tutulmuşdu”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, yükün bazar qiyməti 400 milyon dollar təşkil edir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























