Dünyasını dəyişən mayor məşhur generalın bacısı oğludur

Azərbaycan prezident İlham Əliyevin medal verdiyi zabitini itirib.
Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş zabit, mayor Ceyhun Salmanov dünyasını dəyişib. O, məşhur polis general-mayoru Ərzuman Əliyevin bacısı oğludur. Ə.Əliyev bir neçə il əvvəl təqaüdə çıxıb.
C.Salmanov 2018-ci ilin mart ayında qasıq-limfa düyünlərinin şişməsi nəticəsində Mərkəzi Klinik Hospitalda əməliyyat olunmuşdu. Limfa düyündə anaplastik karsinoma metastası diaqnozu qoyulmuşdu.
www.anews.az

Bundan sonra 2018-ci il iyulun 1-də ordudan xəstəliyimlə əlaqədar təxris olunmuşdu. C.Salmanov ötən ilin aprelində Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edərək kömək istəyərək bildirib ki, ayağı tam şişib, yerimə qabliyyətini itirib. Müdaxilə olmazsa, bir müddət sonra yerişini tam itirəcəyini deyib. Nazirliyin Tibb Baş İdarəsində Türkiyənin Gülhanə Hospitalına göndərilməyi üçün sənədlərini hazırlasa da, buna nail ola bilməyib. Dəfələrlə müdafiə naziri Zakir Həsənovun qəbuluna düşmək istəyib, cəhdi baş tutmadığından ailəsinin və yaxınlarının köməkliyi ilə Gülhanə Hospitalına gedib. Lakin orada da müalicəsi uğursuz olan zabit ötən gün dünyasını dəyişib.
(Criminal.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib