Xızıda koronavirus həyəcanı

Koronavirus pandemiyası bütün dünyada sürətlə yayılmağa davam edir.
"Kommersant.az" xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, dünən Xızının kəndlərindən birində orta yaşlı qadın şikayətlərlə xəstəxanaya müraciət edib. Amma onun koronavirusa yoluxduğu hələ təsdiqlənməyib. Yerli əhalidə bu olay narahatlıq yaradıb.
Hazırda qadının ünsiyyətdə olduğu şəxslər və ailə üzvləri karantinə alınıb.
Məsələ ilə bağlı hələlik Nazirlər Kabineti yanında Operativ qərargahdan məlumat daxil olmayıb. Qərargah insanları yerləşdikləri məkanı tərk etməməyə və gigiyena qaydalarına riayət etməyə çağırır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























