• $
  • €
  • ₽
  • ₺
  • £

"Ev şəraitində karantin tətbiq edilə bilər"

"Ev şəraitində karantin tətbiq edilə bilər"
22.03.2020 13:43
Qubad İbadoğlu Azərbaycana da ekspress testlər gətirilməsini təklif etdi

Türkiyədə artıq 15-dəqiqəyə testin cavabları hazır olur. Çində istehsal olunan bu testlər artıq dünəndən Türkiyə də istifadəyə verilib. Mikrobiologiya uzmanı Yasemin Coşkun bildirib ki, nəticə pozitiv çıxarsa, bu xəstənin anında izolyasiya edilməsində mühüm rol oynayır, eyni zamanda neqativ alınarsa, nümunələr molekulyar testlərlə çalışan mərkəzə təkrar göndərilə bilər.


Bəs Azərbaycanda vəziyyət necədir? Bizimyol.info-ya açıqlama verən iqtisadçı alim Qubad İbadoğlu qeyd edib ki, ölkəmizdə test nəticələri 6 saat ərzində hazır olur: "Azərbaycanda testlər əsasən karantində olan şübhəli şəxslər üzərində aparılır. Əgər karantində olan şəxslərdə üç gün fərqlə iki dəfə neqativ cavab çıxırsa, karantinin müddəti bitən zaman onlar evə buraxılırlar. Hesab edirəm ki, Azərbaycana da ekspress testlər gətirilməli və daha çox adam bu testdən keçirilməlidir. Eyni zamanda ev şəraitində karantinin tətbiqi imkanları da nəzərdən keçirilməlidir. Çünki hazırkı yanaşma mövcud resurslardan səmərəli istifadə üzərində qurulmur.
Yeri gəlmişkən təklif edirəm ki, başqa ölkələrdə olduğu kimi Azərbaycanda da koronavirusun yayılma coğrafiyasını əks etdirən xəritə hazırlansın və rayonlar üzrə məlumatlar hər gün yeniləşdirilsin. Belə xəritənin mövcudluğu əhalinin risk zonaları haqqında məlumatların artırılmasına xidmət edə bilər”,- deyə o qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol