Azərbaycandan gəlmiş qadın Marneulidə bacısına koronavirus keçirib

Marneulidə 4 gün əvvəl ağçiyərlərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş qadında koronovirus aşkarlanıb, bu barədə Gürcüstanın "1-ci kanal"ı məlumat yayıb .
Haızrda qadın Geo Hospitalda müalicə olunur.
Marneuli bələdiyyəsinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Eter Laperadze də xəstədə koronavirusun aşkarlandığını deyib.
Bildirilib ki, xəstə qadın Azərbaycandan gəlmiş bacısı ilə kontaktda olub.
Hazırda epidemioloqlar bu kontaktları araşdırırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























