• $
  • €
  • ₽
  • ₺
  • £

“Vosmoy bazarı” bağlanır

“Vosmoy bazarı” bağlanır
23.03.2020 19:44
Nazirlər Kabineti yanında operativ qərargahın dünən açıqlanmış qərarına uyğun olaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ötən gecədən etibarən ölkə ərazisində fəaliyyət göstərən iri ticarət mərkəzləri bir ay müddətinə bağlanıb. Bu baxımdan, oxucuları düşündürən suallardan biri bazarların bağlanıb-bağlanmamasıdır.

Rəsmi olaraq "Ticarət mərkəzi-4” ASC adlanan, Bakının ən gur alqı-satqı yerlərindən biri olan, 8-ci kilometr qəsəbəsində yerləşən "Vosmoy bazarı” bu gün heç nə olmayıbmış kimi işləyir.
Əməkdaşımızın verdiyi məlumata görə, qeyri-iş günü üçün alıcıların sayının az olmasına baxmayaraq, bazarın bütün hissələrində satış əvvəlki kimi davam edir.
Satıcılardan birinin bildirdiyinə görə, hələlik onlara bazarın bağlanması ilə əlaqədar heç kim məlumat verməyib, ümumiyyətlə, dəyişiklik yoxdur. Eyni zamanda, öyrəndik ki, piştaxtalara görə alınan icarə haqqının məbləği də dəyişməyib. Bir sözlə, burada "həyat davam edir”.

Məsələn, son günlərdə iri marketlərdə göyərti satışı faktiki dayandırılsa da, bazarda belə bir qıtlıq yoxdur. Dəstəsi 20 qəpiyə istənilən göyərtini almaq olar. Bakıda əkiləni də var, yollar bağlı olsa da, rayonlardan gətiriləni də. Doğrudur, satıcılar alıcıların azalmasından gileylənirlər.
Yeri gəlmişkən, bazarda maskalı adamlara tək-tük rast gəlinir. Satıcıların maska taxmasından, əlcək geyməsindən danışmağa belə dəyməz. Sanki koronavirus təlaşı buradan yan keçib.
"Vosmoy bazarı”nın ərazisini əlindəki kiçik püskürdücü ilə dezinfeksiya edən təhlükəsizlik xidmətinin əməkdaşından öyrəndik ki, sabahdan bazarda alqı-satqı dayandırılacaq.
Düzü, satıcıların əksəriyyətinin bu qərardan xəbəri yoxdur. Çıxışda rastlaşdığımız mağaza sahiblərindən biri tamamilə başqa iddia irəli sürdü: "Alver olacaq, amma saat 15-ə qədər”.(oxu.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol