• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyada koronavirusa qalib gələn “bir nömrəli xəstə” danışdı: “Dünyada ən gözəl şey nəfəs ala bilməkdir”

İtaliyada koronavirusa qalib gələn “bir nömrəli xəstə” danışdı: “Dünyada ən gözəl şey nəfəs ala bilməkdir”
29.05.2020 06:53
İtaliyada fevralın 20-də koronavirusa yoluxduğu məlum olan və xəstəliyə qalib gələn "bir nömrəli xəstə” ilk dəfə təəssüratlarını paylaşıb.

Sondakika.com xəbər verir ki, Lombardiyada yaşayan 38 yaşlı Mattia dünyada ən gözəl şeyin nəfəs ala bilmək olduğunu deyib:

"Mənə 18 gün reanimasiya şöbəsində yatacağımı dedilər. Sonra isə yoluxucu xəstəliklər şöbəsində müalicə aldım, burada real dünya ilə ilk təmasımı qurdum və həyatda ən sadə, lakin ən gözəl şey olan nəfəs almağa başladım”.O, müalicə edilə bildiyi üçün çox şanslı olduğunu deyib və dünyaya gələcək körpəsinin yolunu gözlədiyini bildirib.

İtaliyada koronavirusun ilk dəfə çinli turist cütlük tərəfindən yayıldığı məlum olsa da, Mattianın virusa hansı şəxsdən yoluxması müəyyən edilməyib.
O, aktiv sosial həyatı olduğu üçün "virusu super yayan” olaraq tanınıb.

Mattia fevralın 18-də qrip əlamətləri ilə xəstəxanaya müraciət edib. Ona koronavirus testi edilməyib və xəstəxanada yataraq müalicə olunması təklif edilsə də, evinə qayıdıb.

Ertəsi gün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişidə koronavirus müəyyən edilib. Bundan sonra həmin xəstəxanada işləyən tibb işçilərinin də virusa yoluxduğu məlum olub.

Mattianın atası koronavirusdan həyatını itirib, hamilə arvadı isə bir neçə gün xəstəxanada müalicə edildikdən sonra evə buraxılıb.

İtaliyada ilk yerli yoluxmanın müəyyən edildiyi Mattianın virusa necə yoluxduğu məlum olmayıb və "sıfır nömrəli xəstə” tapılmayıb. Alimlər təxmin edirlər ki, virus ölkəyə müəyyən edildiyi vaxtdan da əvvəl gəlmiş ola bilər və Mattia, bəlkə də, "bir nömrəli xəstə” deyil, "iki yüz nömrəli xəstə”dir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol