• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsinin əməkdaşları həmrəylik aksiyasına qoşulub

Dövlət Komitəsinin əməkdaşları həmrəylik aksiyasına qoşulub
25.03.2020 21:59
Bəşəriyyət üçün böyük təhlükəyə çevrilmiş COVID-19 pandemiyasına qarşı ölkəmizdə aparılan geniş miqyaslı mübarizə xalqımızın bu virusun ağır fəsadlarından etibarlı şəkildə qorunmasına yönəlib.
 
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsində əhalinin müxtəlif təbəqələrinin fəal iştirak etməsi ictimai həmrəyliyin və dövlət-vətəndaş birliyinin bariz nümayişidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşları da koronovirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə tədbirlərinə maliyyə dəstəyini təmin etmək məqsədi ilə bu həmrəylik aksiyasına qoşulublar.
 
Dövlət Komitəsi və MKSİF əməkdaşların biraylıq əmək haqqının 50 faizini təşkil edən 30 min manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Əhalinin ən həssas qurplarından olan məcburi köçkünlərlə işləyən komitə əməkdaşları əmindirlər ki, dövlətimizin qətiyyətli addımları, hökumətimizin məqsədyönlü tədbirləri, xalqımızın həmrəyliyi, hər bir vətəndaşımızın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu təhlükəli virusun geniş yayılmasının qarşısı qısa müddətdə alınacaqdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol