“20 Yanvar” keçidindəki obyektlər də sökülür

Bakı Metropolitetinin “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektləri yığışdırılacaq.
AzNews.az-ın məlumatına görə, obyektlərin sökülməsi prosesinə avqustun 1-dən start veriləcək. Hələlik orda çalışanların aqibətinin necə olacağı məlum deyil.
Qeyd edək ki, Zaur Hüseynovun Bakı Metropoliteninə rəis təyin olunmasından sonra “20 Yanvar”dan başqa bütün stansiyaların keçidlərindəki ticarət obyektləri yığışdırılmışdı. Həmin obyektlərdə çalışanların keçirdiyi etiraz aksiyalarından sonra onların bir qismi ayrı-ayrı ticarət mərkəzlərində yerlə təmin olunmuşdular.
ANN.AZ
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























