• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda YPX əməkdaşı sürücünü döyüb? - VİDEO

Azərbaycanda YPX əməkdaşı sürücünü döyüb? - VİDEO
27.03.2020 09:52
Masallı rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşının sürücüyə qarşı kobud davranışını əks etdirən videogörüntü yayılıb.

Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaş iddia edir ki, Masallı rayonunda DYP alayının 11-ci taqımının əməkdaşları onu döyüb.

Masallı rayonunda DYP-nin əməkdaşları tərəfindən döyüldüyü iddia edilən 19 yaşlı Əliyev Sadiq Pərviz oğlu bu barədə 11-ci taqım komandiri Qafarov Hikmətə müraciət edərək, DYP-nin 99-YP-945 dövlət nömrə nişanlı xidməti avtomobildəki müşahidə kamerasına baxış keçirilməsini, həmin müşahidə kamerasında döyülməsi faktı ilə bağlı görüntülərin olmasını və yol polisi əməkdaşları barəsində ciddi tədbirlər görülməsini xahiş edib.

Bundan başqa, DYP-nin 11-ci taqım komandiri Hikmət Qafarovun ona "Əməkdaşlarımız düz edib, səni döyüblər!”, - deyə cavab verməsi iddia olunur.
Paylaşımda o da qeyd olunub ki, həmin polis əməkdaşları S.Əliyevi şərləyib tutdurmaq istəyir. Bildirilir ki, buna səbəb olaraq onun Yol Polisi əməkdaşlarını təhqir etməsi irəli sürülür.

Xatırladaq ki, DYP əməkdaşlarının S.Əliyevi hansı səbəbdən saxladıqları məlum deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında məsələnin araşdırılacağını deyib:

"Görüntülərdə iddia edilən kimi döyülmə faktı olmayıb. Amma vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparıla bilər. Məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol