• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin dövründə Bakıya bu şəxslərin buraxılmasına icazə veriləcək - RƏSMİ AÇIQLAMA

Karantin dövründə Bakıya bu şəxslərin buraxılmasına icazə veriləcək - RƏSMİ AÇIQLAMA
27.03.2020 16:26
"Karantin vaxtı vətəndaşların iş yerləri fəaliyyətini davam etdirirsə  onlar orada işlədiklərinə dair hər hansı sənəd və ya vəsiqə ilə Bakıya buraxılacaq".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, ümumilikdə hamıya deyilmişdi ki, Bakıdan getməsinlər. Ancaq indi rəsmi iş yeri olmayan şəxslər Aprelin 20-nə qədər yenidən Bakıya qayıda bilməyəcək: "Karantin vaxtında kimlərin Bakıya buraxılacağına gəldikə isə əgər rayon qeydiyyatı olan həmin şəxsin rəsmi iş yeri varsa və onun orada işlədiyinə dair hər hansı sənədi, vəsiqəsi varsa onlar Bakıya buraxılacaq. Ancaq burada vacib məqamı qeyd etmək lazımdır ki, gərək Bakıya daxil olmaq istəyən rayon qeydiyyatlı şəxslərin iş yerləri fəaliyyətini davam etdirsin. Əgər Operativ Qərargahın qərarı ilə onların iş yerləri fəaliyyətini dayandırıbsa onlar buraxılmayacaq". 

Qeyd edək ki, Bakı, Sumqayıt və ya Abşerona gəlmək istəyən şəxslərin ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa, onların sənədləri yoxlanılacaq və bu məsələ müsbət formada öz həllini tapacaq. Misal üçün, ər Bakı qeydiyyatıdır, həyat yoldaşı rayon qeydiyyatıdırsa, onlar hər ikisi Bakıya buraxılacaq. Digər tərəfdən xəstələr və təcili yardım avtomobillərinin də Bakıya daxil olmasına icazə veriləcək. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol