• $
  • €
  • ₽
  • ₺
  • £

“Nə dünyanın siyasi xəritəsi dəyişəcək, nə də anarxiya olacaq, amma...” – İlham İsmayıl

“Nə dünyanın siyasi xəritəsi dəyişəcək, nə də anarxiya olacaq, amma...” – İlham İsmayıl
27.03.2020 23:17
"Bundan sonra başqa bir aləmdə, fərqli münasibətlərin olduğu bir dünyada yaşayacağıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının dünya miqyasında siyasi-psixoloji təsirlərini dəyərləndirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.
Onun sözlərinə görə, hazırda dünyanın hər yerində insanlar ciddi qorxu içindədirlər:
"İnsanlar indiki halda həyatları üçün ciddi təlaş keçirirlər, yaşamaq istəyirlər. İki min ildən çox yaşı olan səmavi dinlərin ehkamlarında insanlara deyilir ki, cəhənnəm var, orada yanacaqsınız. İnsanlar o cəhənnəmi görmədikləri üçün təsəvvür etmirlər, onu ciddiyə almırlar.
Ancaq indi faktik gözünün qarşısında belə böyük miqyasda təhlükə yaranıb, insanlar qırılır. Ona görə də, bu, bir qorxu psixologiyasıdır. Havalar hələ soyuqdur deyə, insanlar pulsuz da olsa, zor-xoş evdə otura bilirlər. Aprelin sonundan sonra nə Azərbaycanda, nə də başqa yerlərdə bu insanların küçəyə çıxmalarının qarşısını almaq mümkün olmayacaq.
Hamı insanlar pul qazanmaq, yemək üçün heç nəyə baxmadan küçəyə çıxacaq. Həyat tədricən əvvəlki axarına dönəcək. Bütün bunlarla yanaşı, insan psixologiyası dəyişəcək. Başqa bir aləmdə, fərqli münasibətlərin olduğu bir dünyada yaşayacağıq.
Bu məsələlərin siyasi təsiri iqtisadiyyatdan doğacaq. Azərbaycan kimi ölkələrdə sağlamlıqla yanaşı, iqtisadiyyatın asılı olduğu neft də zərbə altındadır. O kateqoriyaya aid olan ölkələrdə vəziyyət xeyli dəyişəcək. İnsanlar arasında, siyasi müstəvidə gərginlik artacaq, münasibətlər kəskinləşəcək.
İnsanlar hələ bir müddət qorxu psixologiyasının təsiri altında olacaqlar, amma sonra o qorxunu dəf edəcəklər. Ancaq nə dünyanın siyasi xəritəsi dəyişəcək, nə də anarxiya olacaq. Lakin bu fonda dünya iqtisadiyyatı çökür, iİşsizlik artır. Nəticədə psixoliji, sosioloji və iqtisadi yanaşmalar”.
İlham İsmayıl koronavirus pandemiyasının genişləndiyi bir vaxtda ABŞ-da silah satışının artmasına da münasibət bildirib:
"Hər cəmiyyətin spesifik psixologiyası var. Amerikanlar düşünürlər ki, insanlar yemək-içmək uğrunda bir-birilərini qıra da bilərlər. Yəni ölkədən ölkəyə fərq var.
Koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı İtaliyada heç kim düşünmür ki, qaçım əlimdəki pulu dəyişim. Ancaq bizdə insanlar bir müddət də banklarda növbədə qaldılar.
Azərbaycanda mağazalardan daha çox bankların qarşısında növbələr oldu. Ərzaq istehsalçıları yenə öz işlərini görəcəklər. Əksinə, onların iş həcmi daha da artacaq. Təbii, mənim dediklərim Quran ayəsi deyil. Dediyim məqamlar fərdi planda üzə çıxdığı kimi, cəmiyyət şəklində də təzahür edə bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol