• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərişıq"dan "vətəndaşa yardım" açıqlaması

"Azərişıq"dan "vətəndaşa yardım" açıqlaması
28.05.2020 20:57
"Azərişıq” ASC Prezident İlham Əliyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”. 

Bunu "Report"a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı son günlər sosial şəbələlərdə yayılmış videonu şərh edərkən deyib. 

"Bildiyiniz kimi Operativ Qərargah ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxmasını qadağan edib. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən "Azərişıq” da bu təşəbbüsdən kənarda qala bilməzdk. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”, - deyə T.Mustafayev qeyd edib. 

"Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayıb: "Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu müraciətlər bizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da "Azərişığ”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyyə edirik ki, sağlıqlarını qorumaq üçün aidiyyatı qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət olmadıqda çölə çıxmasınlar”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə "Azərişıq” əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə kommunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı video yayılıb. Videoda vətəndaş bu yardıma görə, "Azərişıq” əməkdaşına təşəkkür edir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol