• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan gözəl addım - Koronovirusa görə

“Azəriqaz”dan gözəl addım - Koronovirusa görə
29.03.2020 13:04
"Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verir.
Qurumun mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, martın 29-dan etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə "Azəriqaz" İstehsalat Birliyi də yardımçı olacaq.
Bu yaş kateqoriyasına aid olan şəxslər Birliyin 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər. Bundan başqa bu barədə (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə mesaj da göndərə bilərlər.
Qeyd edək ki, ilk növbədə qaz təsərrüfatı ilə bağlı məsələlərə diqqət ayrılacaq. Məsələn, 65 yaşdan yuxarı olan abonentin kartına vəsait yükləmək lazım gələrsə, bu xidmət üçün onun kartı götürülməklə vəsait yüklənilib ünvanında özünə qaytarılacaq. İşlətdiyi məişət qaz cihazlarında hər hansı nasazlıq yaranarsa, təmənnasız olaraq təmir ediləcək".

Məlumatda bildirilir ki, Birlik eyni zamanda bu xidmətlərlə yanaşı göstərilən yaş kateqoriyasında olan abonentlər üçün bütün digər sosial xidmətləri təqdim edən dövlət qurumları ilə həmrəydir və bu işdə onlarla birgə fəaliyyətə hazırdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol