• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 200 manat cərimə olunacaq - VİDEO

Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 200 manat cərimə olunacaq - VİDEO
29.03.2020 16:08
Paytaxt polisi koronavirus təhlükəsi ilə bağlı vətəndaşların küçə və prospektlərdə, parklarda və digər ictimai yerlərdə kütləvi toplaşmasının qarşısını almaq məqsədi ilə onlarla maarifləndirici söhbətlər aparır.

BAKU.WS APA TV-yə istinadla məlumat verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq paytaxtda yerləşən bütün parklar vətəndaşların istifadəsi üçün məhdudlaşdırılıb:

Koronavirus pandemiyası ilə mübarizə aparmaq məqsədi ilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində vətəndaşların parklara girişi və çıxışı məhdudlaşdırılıb. Hazırda Nərimanov metrostansiyası yaxınlığında yerləşən parklardan birindəyik. Demək olar ki, parkda heç bir vətəndaşa rast gəlmək mümkün deyil.

Nərimanov Rayon Polis İdarəsinin Baş inspektoru, polis kapitanı Fuad Sultanov deyir ki, polisin rayon ərazisindəki apardığı bütün profilaktik tədbirlər ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilir:

"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq Nərimanov rayon Polis idarəsinin əməkdaşları mütəmadi olaraq ictimaiyyətin sıx toplaşdığı yerlərdə profilaktika işləri aparır. Çalışırıq ki, əhali bir yerə çox toplaşmasın. İnsanlar yaxın təmasdan yayınsınlar. Vətəndaşlar qərargahın qoyduğu şərtlərə ciddi əməl etsinlər”.

Baş inspektor qeyd edir ki, qaydalara əməl etməyən vətəndaşlar ciddi şəkildə cəzalandırılacaq: "Karantin şərtlərinə əməl etməyən şəxslər barəsində Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə protokol tətbiq olunaraq həmin şəxslərə 100 manatdan 200 manata qədər cərimə tətbiq olunur”.

Vətəndaşlar da ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunmasından razıdırlar və onlar hər kəsi sözügedən qanunun tələblərinə əməl etməyə çağırırlar:

- Hər birimiz verilən qərarları yerinə yetirməliyik. Çünki bu, millətimiz üçün, xalqımız üçün, dövlətimiz üçün çox yararlı bir haldır. Hamıya da tövsiyə edirəm ki, qaydalara əməl etsinlər.

- Nə edirlərsə, bizim sağlamlığımız üçündür. Biz də hər şeyə əməl edirik ki, təki bu bəla dövlətimizin, xalqımızın üstündən çəkilsin getsin. Yenə əvvəlki kimi öz iş rejimimizə, yaşayışımıza qayıdaq.

- Bu addımı yüksək qiymətləndirirəm. Amma gərək hamı buna əməl etsin. Yəni hər kəs öz təhlükəsizliyinə özü cavabdehdir. Əgər özü yaşamaq istəyirsə, əzizlərinin, doğmalarının yanında qalmaq istəyirsə, gərək özünü mühafizə eləsin. Hər kəs dövlətin qanunlarına əməl etsin.

Polis əməkdaşları parkın giriş və çıxışında toplaşan və taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara qoruyucu maskalardan, tibbi spirtdən və digər dezinfeksiyaedici məhlullardan istifadə etməyi tövsiyə edir.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus pandemiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejiminin tətbiq edilməsi haqda qərar qəbul edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol