• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə baş verən qətllə bağlı rəsmi məlumat

Bərdədə baş verən qətllə bağlı rəsmi məlumat
29.03.2020 18:58
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır". 

Bu barədə Anews.az-a Komitədən məlumat verilib. 

Məlumatda qeyd edilir ki, kütləvi informasiya vasitələrində 26 mart 2020-ci il tarixində Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında Bərdə rayon sakini İsmət Zamanovun həyat yoldaşı Zülfiyyə Zamanovanı qətlə yetirməsi və bundan sonra Bərdə Rayon Polis Şöbəsinə təslim olması barədə məlumat öz əksini tapıb.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Bərdə rayon İcra Hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq baş vermiş hadisənin dərhal araşdırılması, ailənin azyaşlı uşaqlarının bundan sonrakı taleyinin müəyyənləşdirilməsi məqsədilə müvafiq addımların atılması istiqamətində müzakirə aparıb.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) direktoru Yaqut Qəhrəmanova, Mərkəzin psixoloqu Ceyran Əhmədova və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon İcra Hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun rəhbəri Fəqət Şadlinskayanın iştirakı ilə ailəyə baş çəkilərək, ailənin psixo-sosial vəziyyəti qiymətləndirilib, uşaqların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərə alınıb: "Qətli törədən İsmət Zamanov barəsində həbs edilməklə cinayət işi başlanıb. Uşaqlar hazırda müvəqqəti olaraq nənə və babanın himayəsinə verilib. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı əməkdaşları azyaşlı körpələrin qəyyumluğuna dair məsələlərin həlli üzrə işə cəlb edilib. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq yerli icra hakimiyyətinin monitorinq qrupu birgə fəaliyyətlərini davam etdirəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətdə baş verən zorakılıq hallarını təəssüf hissi ilə qeyd edərək, bu hadisələrin qarşısının alınması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırır". 
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol