• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ

Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ
29.05.2020 02:37
Sosial şəbəkələrdə bərbərxanaların və gözəllik salonlarının fəaliyyətini davam etdirməsi ilə bağlı müzakirələr gedir.
Məsələ barədə Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq.
İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilib:

"Xüsusi karantin rejimi dövründə bütün ictimai-iaşə obyektlərində - kafe, restoran, çay evlərində müştərilərə yerində xidmət dayandırılıb. Bu obyektlərdən məhsulların evə çatdırılma xidmətinə isə məhdudiyyətsiz icazə verilib.
Supermarketlər, ərzaq mağazaları və apteklər isə fəaliyyətini davam etdirir.
"Bərbərxana, gözəllik salonları, avtomobil təmiri sexləri, oyun salonları və digər buna bərabər əhaliyə yerində xidmət göstərən obyektlərin fəaliyyəti də dayandırılıb.
Fiziki və hüquqi şəxslərdən xahiş edirik ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl etsinlər. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq cəzalandırılacaqlar”, - deyə E.Hacıyev qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.
Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol