• $
  • €
  • ₽
  • ₺
  • £

“Evdə oturmaq faciə deyil, camaat 10 il türmədə yatır” – Adil Qeybulla

“Evdə oturmaq faciə deyil, camaat 10 il türmədə yatır” – Adil Qeybulla
30.03.2020 16:21
Son günlər koronavirusla əlaqədar tətbiq olunan qadağaların insanları bir növ evə həbs edib. Belə ki, dövlət müəssisələrinin əksəriyyətində işlər bir aylıq dayandırılıb, özəl müəssisələr isə onlayn iş rejiminə keçiblər. Digər bir kəsim isə vəziyyətdən asılı olaraq iş saatını məhdudlaşdırıb. Bu müddət ərzində artıq çəki istəməyənlər isə artıq sosial şəbəkələrdə çarə axtarmağa başlayıblar. Tibb elmləri doktoru, professor Adil Qeybulla bu məsələylə bağlı Yenisabah.az saytının suallarını cavablandırıb:

-    Adil bəy, evdə qalmağın insan səhhətinə hansısa mənfi təsiri varmı? Havasızlıq hansı fəsadlara yol aça bilər?

- Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi var ki, infeksiya birbaşa havadan keçmir. Bu hava damcı yolu ilə keçir, yəni yaxınlıqdakı xəstə adam asqırması, öskürməsindən keçir. Adi havada virus çox qalmır, çünki viruslu hava damcıları ağırdır və onlar tez yerə düşür. Düşünürəm ki, qısa bir müddət üçün bu rejimdə qalmaq, yəni evdə oturmaq faciə deyil. İnsanlar 10 illərlə həbsxanada qalırlar, heç bir şey olmur. 

-    İnsanlar bu müddət ərzində nələrə xüsusi diqqət etməlidirlər? 

-    Otağın havası tez-tez dəyişdirilməlidir. Evdə fiziki aktivlik artırılmalıdır. Saat yarım televizora baxdıqdan, kompüterlə iş gördünsə, 75 dəqiqə gəzmək, həyətdə idman hərəkəti etmək lazımdır.

-    Artıq çəkidən qorunmaq üçün qida rasionunda hansı məhsullara üstünlük verilməlidir? 

-    "Fast food”dan, keyfiyyətsiz, xüsusilə bayat qidalardan uzaq olmaq, meyvə və tərəvəzlə, təzə məhsullarla qidalanmaq lazımdır. Yaxşı olar ki, ət yeməkləri təzə olsun. Tərəvəz su altında yaxşı yuyulmalıdır. Çəki məsələsinə gəldikdə isə artıq çəki o deməkdir ki, bədənə daxil olan kalori ilə xaric olan kalori arasında balanssızlıq var. Ona görə də çox yeyib az hərəkət etmək yox, az yeyib çox hərəkət etmək lazımdır. Evdə oturan adamlar artıq çəki almamaq üçün buna riayət etsinlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol